SON DƏQİQƏ
» » Ağdamda qazıntılar zamanı insan sümükləri aşkarlandı

Ağdamda qazıntılar zamanı insan sümükləri aşkarlandı

Tarix:

23-11-2022, 12:47

/ 1 891 dəfə oxundu.
Ağdamda qazıntılar zamanı insan sümükləri aşkarlandı

Ağdamda qazıntılar zamanı insan sümükləri aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 22-də daxil olan məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ