SON DƏQİQƏ

Ölkədə yumurtanın qiyməti bahalaşdı

Tarix:

16-11-2022, 20:13

/ 1 956 dəfə oxundu.
Ölkədə yumurtanın qiyməti bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

Bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

"Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb".

скачать dle 12.1

Şərhlər