SON DƏQİQƏ

Azərbaycanda bir ilk yaşandı

Tarix:

10-11-2022, 17:43

/ 2 359 dəfə oxundu.
Azərbaycanda bir ilk yaşandı

Azərbaycanda ilk dəfə qatarda kitab təqdimatı keçirilib.

"Parlaq imzalar” nəşriyyatı Bakı-Gəncə-Bakı qatarında "Azərbaycan Dəmir Yolları”nın dəstəyilə nəşr olunmuş "YOLDAŞ” seriyasının təqdimatını keçirib. Mərasimdə oxucular, kitab və səyahət blogerləri iştirak ediblər.

Təqdimatda çıxış edən nəşriyyat rəhbəri Nurman Tariq bildirib ki, insanların yollarda itirdiyi vaxtları dəyərləndirmələri və qazanca çevirmələri üçün dünya ədəbiyyatının "qısa və mükəmməl" əsərləri sırasından seçib nəşr etdiyimiz "YOLDAŞ" seriyasını məhz yolda təqdim etmək qərarına gəldik. Əyani göstərmək istədik ki, ən yaxşı yol yoldaşı kitablardır.

"Kitab qatarı"nda oxucularımızdan, kitab və səyahət blogerlərindən, əməkdaşlarımızdan ibarət təxminən qırx nəfərlik heyətlə yola çıxdıq. Təqdimatla yanaşı qatarda əyləncə və musiqi proqramı, müxtəlif maraqlı seminarlar da baş tutdu. Zəfər Gününə təsadüf edən səyahətimiz çərçivəsində, eyni zamanda Gəncə turu da reallaşdırdıq, Gəncəmizin görməli yerləri ilə tanış olduq, eləcə də erməni terrorundan zərər çəkmiş yerlərə baş çəkib əziz şəhidlərimizi yad etdik. Xoş xatirəsi uzun müddəti davam edəcək bu proses ümumilikdə 14 saat çəkdi və vaxtın necə gəlib-keçdiyini, doğrudan da, heç birimiz hiss etmədik. Bu səyahət həm də kitabın fərqli insanları necə doğmalaşdıra biləcəyini göstərdi. "Kitab qatarı” adlandırdığımız bu layihəni davam etdirmək niyyətindəyik”.

 

Numan Tariq təşəbbüsə dəstək olduqlarına görə "Azərbaycan Dəmir Yolları”na da təşəkkürünü bildirib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ