
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Ərdoğan bu barədə rəsmi Tvitter hesabında paylaşım edib. "44 günlük dastan kimi bir mübarizədən sonra Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularıma təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq", - Ərdoğan bildirib.