SON DƏQİQƏ

İşbazların "MEMİ" FIRILDAĞI

Tarix:

1-11-2022, 18:45

/ 3 840 dəfə oxundu.
İşbazların "MEMİ" FIRILDAĞI

Rauf İlyasoğlu
Bakının H.Əliyev prospektində  MEMİ adlı bir dükan var. Məgər belə dükanlar birdimi,ikidimi? Bu dükanlarda  Avropadan gələn mallar  satılır, özüdə geyilmiş mallar.
Dükana daxil olan kimi kraxmal iyi adamın burnunu deşir, hiss olunur ki, bu nimdaşlar hamısı avropadan gəlmiş paltarlardır. 
Elə bilməyin ki, Avropadan təzə  paltarlar gətirib satırlar, əsla yox .
Bizim işbazlar geyilmiş paltarlardan da pul çıxartmağı bacarırlar.
İş adamları üz tutublar Avropada kilsələrə, atılmış  və ölü paltarlarını  süpürləyib gətirib güya ki, ucuz qiymətə  millətə sırıyırlar. Yazıq kasıblar da üz tutur bu dükanlara, əlacsızlıqdan alıb geyinirlər. Bir də eşidirik ki, kasıbın  birini   qaşınma tutub və ya  allergiya olub. 
Bizim Avropalılardan nəyimiz əskikdir? Neft bizdə, qaz bizdə, qızıl bizdə.
Özgənin iylənmiş cəmdəyinə dəymiş  paltar nəyimizə lazımdır.? 
Biz özümüzə niyə qiymət verməyi bacarmırıq?
 Nimdaş paltar geyin, təki özününkü olsun. Görəsən geyinmiş paltarların, ayaqqabıların insan bədəninə  ziyanı varmı? 
Qalib xalqın yaxşı yaşamağa,işləməyə ( əgər iş tapa bilsələr)  haqqı çatır.
Günah isə bizi çətin duruma salanlardadır.


скачать dle 12.1

Şərhlər