SON DƏQİQƏ

İlahiyyatçı İranla bağlı "OD PÜSKÜRDÜ"

Tarix:

31-10-2022, 12:57

/ 1 932 dəfə oxundu.
İlahiyyatçı İranla bağlı  "OD PÜSKÜRDÜ"

Son dövrlər İranın Azərbaycanla bağlı səsləndirdiyi "fikirlər” hər bir vətəndaşımız kimi məni də narahat edir. Amma fikrimcə, İranın ölkəmizə qarşı addımları yeni məsələ deyil. Çünki bu prosesin daha əvvəllərə gedib çıxan kökləri də var. Onlar burada yetişdirdikləri "kadrlar” vasitəsilə burada insanların gözündə din pərdəsi altında öz işlərini həyata keçirirlər. Təəssüflər olsun ki, bu gün bir çox insanlar bilərəkdən, ya bilməyərəkdən onların tələsinə düşür. Onların "yol”u ilə gedirlər”.

Bunu tanınmış ilahiyyatçı Elşad Miri deyib.

İlahiyyatçının fikrincə, İrandakı dairələr faktiki olaraq bir məzhəb vasitəsilə Azərbaycanı özlərinin bir vilayəti olaraq təqdim edirlər:

 

"Azərbaycanın "onlardan qoparılmış torpaq sahəsi” olduğuna inanırlar. Ona görə onların bu cür rəftarı heç bir şəkildə qəbul edilə bilməz. İranın bu cür yanaşması həm də anlaşılmazdır. Hətta Qafqaz Müsəlmanları İdarəsinin sədri də İranın dini liderini özünün dini rəhbəri olaraq qəbul etdiyini videolarında, açıqlmalarında deyib. Bu, təəssüfedici bir durumdur. Bundan sonra Azərbaycanda özünü İranda mövcud mənsəbə aid olduğunu deyənlər da oradakı ali dini lideri özlərinin dini rəhbəri kimi qeyd etməyə başladılar. Buna görə də məsələnin kökünə gedilməlidir. Bu məsələnin birdəfəlik həlli üçün bir-iki günün bəyanatı, açıqlaması kifayət etmir. Ciddi mənada üzərində onilliklərin sərf olunacağı bir işin bünövrəsi qoyulmalıdır. Çalışmaq lazımdır ki, bu məsələ aradan qaldırılsın. Din adı altında aldadılan həmin insanlara dinin əslini, doğru tərəfini göstərmək lazımdır. İrandan və oranın din xadimlərindən asılılıq məsələsi sıfıra endirilməlidir. Bu istiqamətdə ciddi işlər aparılamalıdır. Bu olmadığı təqdirdə, bəyanatlardan sonra bir qədər yumşalma olacaq. Ara sakitləşəcək, amma bir müddət sonra İranın Azərbaycana qarşı addımları yenə davam edəcək. Sadəcə olaraq İrandakılar özlərini "çox güclü” hesab edirlər. Sabah onlar Rusiyanın Ukraynaya qarşı atdığı addımları burada ata bilsələr, o zaman bizim üçün ciddi təhlükə yarana bilər. Ona görə də indidən mövcud təhlükənin, hazırkı situasiyanın dəyişdirilməsi üçün həqiqətən ciddi addımlar atılmalıdır. Bu məsələdə dövlət xalqla əlbir olaraq İranın vətəndaşlarımızı Allahla aldatma məsələlərinin qarşısına keçməlidir”// publika.az

скачать dle 12.1

Şərhlər