SON DƏQİQƏ
» » Salehi: İran hər bir sentrifuqanı istehsal etmək bacarığına malikdir

Salehi: İran hər bir sentrifuqanı istehsal etmək bacarığına malikdir

Tarix:

6-11-2019, 08:00

/ 1 331 dəfə oxundu.
Salehi: İran hər bir sentrifuqanı istehsal etmək bacarığına malikdir

İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, İran İslam Respublikası istənilən ölçüdə istənilən sentrifuqa istehsal edə bilər.

Əli Əkbər Salehi İranın mərkəzində yerləşən Nətənz zənginləşdirmə mərkəzindən baxış keçirdikdən sonra keçirilən mətbuat konfransında deyib: İran 490 yeni sentrifuqaya malikdir və 2660-dan çox “su” istehsal edə bilir. O, əlavə edib: İran yeni sentrifuqalar istehsal etmək üçün daha əks-mühəndislik etmir, əksinə onları özü dizayn edir.

İran təxminən 500 kiloqram zənginləşdirilmiş urana malikdir və onların hamısı 4,2 faiz deyildir-deyən Salehi qeyd edib ki, hər gün ona beş min qram əlavə olunur.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, İranın nüvə sənayesi inamla irəliləyir. O, qeyd edib ki, İranda nüvə sənayesi sahəsində böyük işlər görülüb və lazım olan zaman, barəsində məlumat veriləcəkdir.

Salehi həmçinin Amerikanın nüvə anlaşmasından çıxmasına və avropalıların öz öhdəliklərinə əməl etməmələrinə görə, İranın nüvə öhdəliklərinin azalmasına toxunaraq, deyib: İran nüvə anlaşmasının 26 və 36-cı maddələrində qeyd olunan hüquqlarına əsasən, onların addımları ilə mütənasib şəkildə öhdəliklərinin bir hissəsini və ya hamısını dayandıra bilər.

İranın Atom Enerjisi Təşkilatının sədri Tehranın atdığı addımların geridönəsi olması barədə isə belə deyib: Bu addımların bir qismi geridönəsi deyildir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ