SON DƏQİQƏ

Bakıda əsas boru partladı- Küçəni su basdı

Tarix:

26-10-2022, 08:29

/ 1 192 dəfə oxundu.
Bakıda əsas boru partladı- Küçəni su basdı

Bakının Yasamal rayonunda su borusu partlayıb.

Qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

Azərsu ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.

Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür

скачать dle 12.1

Şərhlər