SON DƏQİQƏ
» » Ərdoğan hava limanının açılışından danışdı

Ərdoğan hava limanının açılışından danışdı

Tarix:

21-10-2022, 13:22

/ 2 347 dəfə oxundu.
Ərdoğan hava limanının açılışından danışdı

Zəngilan Hava Limanı regionun dünya ilə əlaqəsinin gücləndirilməsi üçün strateji həmlədir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zəngilan və Cəbrayıl rayonlarına işgüzar səfərimiz uğurla başa çatdı:

"Zəngilan Beynəlxalq Hava Limanının açılışını əziz qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Zəngilan aeroportu təkcə Azərbaycan deyil, bütün region üçün əhəmiyyətlidir. Regionun dünya ilə əlaqəsinin yenidən qurulmasının gücləndirilməsi nöqteyi-nəzərdən strateji həmlədir. İnşallah, bu addımları Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə daha da qüvvətləndirəcəyik”.

скачать dle 12.1

Şərhlər