SON DƏQİQƏ
» » ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Tarix:

12-10-2022, 12:14

/ 2 473 dəfə oxundu.
ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara 12 oktyabr tarixində XİN-ə çağırılıb.

Bu, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatında qeyd edilib.

"Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb", - qeyd olunub

скачать dle 12.1

Şərhlər