SON DƏQİQƏ
» » Səhiyyə Nazirliyindən dərman qıtlığına rəsmi münasibət

Səhiyyə Nazirliyindən dərman qıtlığına rəsmi münasibət

Tarix:

12-10-2022, 11:03

/ 1 786 dəfə oxundu.
Səhiyyə Nazirliyindən dərman qıtlığına rəsmi münasibət

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində "Adrenalin - Zdorovye”, "Adrenalin -Darnitsa”, "Penepin” və "Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

"Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq, ölkəyə gətirə bilər. Və bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı "niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir", - deyə əlavə edilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ