
Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri Bakı Dəmiryol Vağzalında qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.
Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər.
Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.