SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir- Neftçala

Tarix:26-09-2022, 17:45 Oxunub:2 085

Sentyabrın 26-da  Neftçala rayonunda tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib.

Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın da müzakirə olunduğu tədbirdə Rayon İcra Hakimiyyətinin  humanitar şöbəsinin baş məsləhətçisi Vasif Əliyev, Heydər Əliyev mərkəzinin direktoru Könül Məmmədova, tarix müəllimi Şəhrəbanu Ağalarova, şair-publisist Elnur Uğur, Zabil Pərviz, şair Fərhad Əzizbəyli, şairə Zərxanim Ülvi, Mirzəzadə Gülədəm, yazıçı-publisist Ruhəngiz Nəcəfova, Ələkbər Şahidov, jurnalist Əlövsət Əliyev və Fərrux dağında itkin düşmüş 1975-ci il təvəllüdlü şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev, 1978-ci il təvəllüdlü şəhid baş leytenant Əsəd Əsədovun atası Cəmaləddin Əsədov, 1995-ci il təvəllüdlü şəhid İbrahim Manafovun anası Yasəmən Manafova, 2000-ci il təvəllüdlü şəhid Məhəmməd Kərimlinin anası Gülşən Kərimova  1 çi Qarabağ müharibəsində oğlu Fərrux dağında itkin düşmüş Dadaşov İlham Adil oğlunun anası  qonaq qismində iştirak ediblər.
Tədbirin aparıcısı şairə-publisist, "Gündoğar" qəzetinin baş redaktoru Bədirə Niftəliyeva Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.
Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir- Neftçala
Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir- Neftçala
Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir- Neftçala

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<