SON DƏQİQƏ

Bu qədim məscidin aqibəti necə olacaq?

Tarix:

20-09-2022, 08:00

/ 1 903 dəfə oxundu.
Bu qədim məscidin aqibəti necə olacaq?

Sosial şəbəkələrdə Quba rayonunun Qırız kəndində yerləşən qədim Əbu Müslim məscidinin dağıntıya məruz qalmasıyla bağlı məlumatlar yayılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Quba rayonunun Qırız kəndində yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil olan məscidin qəzalı vəziyyətdə olduğu bildirilib.

Bir müddət öncə Dövlət Xidmətinin əməkdaşları həmin ərazidə olub və məscidin hazırkı vəziyyətini qeydə alıblar.

Məscidin bərpa-konservasiya olunması məqsədilə investisiya siyahısına salınması üçün təkliflər hazırlanır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ