SON DƏQİQƏ

Yeni rekord: Balqabaq bu dəfə qayığa çevrildi

Tarix:

31-08-2022, 08:12

/ 2 709 dəfə oxundu.
Yeni rekord: Balqabaq bu dəfə qayığa çevrildi

Nebraskada (ABŞ) maraqlı bir rekorda imza atılıb. Belə ki, Sirakuzadan olan macəraçı Dueyn Hansen nəhəng balqabaqda çay boyunca 38 mil (61 km-dən çox) üzərək yeni rekorda imza atıb.

O, təxminən 400 kq ağırlığında nəhəng balqabağın içində Missuri çayı boyunca üzüb. Məlumata görə, avarlı "qayıq”la yerli vaxtla səhər saat 7:30 radələrində başlayan 61 kilometrlik səyahət axşam saat 18:30 radələrində başa çatıb.

 

Beləliklə Hansen balqabaqda üzmək üzrə "Ginnesin Rekordlar Kitabı”na düşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ