SON DƏQİQƏ

"Facebook"da bir ilk

Tarix:29-07-2022, 13:55 Oxunub:1 265

Facebookun tarixində ilk dəfə gəlirində azalma qeydə alıb.

Bu barədə "The Verge” nəşri məlumat yayıb.

Facebook nümayəndələri ilin ikinci rübündə gəlirin 1 % azaldığını qeydə alıblar. Tarixi ilkdən sonra şirkətin gəlirləri 28,8 milyard ABŞ dollarına düşüb.

Analitiklər gəlirin üçüncü rübdə daha da azala biləcəyini vurğulayırlar. Onlar bunu qlobal iqtisadi tənəzzül ilə əlaqələndirirlər.

İqtisadi tənəzzül faktiki olaraq reklamçıları xərcləri azaltmağa məcbur edib. Həmçinin Facebookun reklam sektorunun inkişafının effektivliyinə "Apple”ın təqdim etdiyi yeni funksiya da təsir edə bilər.

 

Bu funksiya sayəsində "iPhone” istifadəçiləri Facebook kimi proqramlara məlumatlarını izləmək qadağası qoya bilər.

Yenilik 2021-ci ildə tətbiq edilib və "Meta” şirkətinə 10 milyard ABŞ dollarına başa gəlib.

"Meta”nın ümumi mənfəəti 36 % azalaraq 6,7 milyard ABŞ dolları olub.

Bununla belə, şirkət Facebook, messencer, instaqram və vatsapda aktiv istifadəçilərin sayının hər gün artdığını vurğulayıb.

Hər gün bu sosial şəbəkələrdən dünyada 2,88 milyard insan istifadə edir

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<