
Xiaomi” şirkəti bir neçə modeli özündə birləşdirəcək "Xiaomi Pad” planşetinin növbəti nəslini buraxmaq niyyətindədir.
Bu barədə "91mobiles” portalı məlumat yayıb.
"Xiaomi Pad 6” seriyasına dörd model daxil olacaq: "Xiaomi Pad 6”, "Pad 6 Pro”, "Pad 6 Pro 5G” və "Redmi” markalı planşet. Üç model "Qualkom” və "MediaTek” prosessorlarından istifadə edəcək. Çox güman ki, top model "Qualkom Snapdraqon 8 Plus Gen1” və ya "MediaTek Dimensity 9000” çipsetini alacaq.
Ehtimal olunur ki, "Xiaomi Pad 6” seriyası 2022-ci ilin üçüncü rübündə, avqust ayında satışa çıxarılacaq.
Cihazın satış qiyməti açıqlanmır.