SON DƏQİQƏ
» » MARAQLI ARAŞDIRMA- Yerdəki suyun mənşəyi tapıldı

MARAQLI ARAŞDIRMA- Yerdəki suyun mənşəyi tapıldı

Tarix:

17-02-2022, 08:19

/ 2 170 dəfə oxundu.
MARAQLI ARAŞDIRMA- Yerdəki suyun mənşəyi tapıldı

Lourens Livermor Laboratoriyasının amerikalı alimləri suyun Yer üzündə peyda olmasını izah edə biliblər.

 

Tədqiqat zamanı mütəxəssislər Aydan gətirilən torpağın izotop tərkibini təhlil ediblər. Müəyyən olunub ki, milyardlarla il əvvəl toqquşaraq müasir Yer və Ayı əmələ gətirən kosmik obyektlərin tərkibində su elementləri olmayıb.

Əldə edilən məlumatlara əsasən alimlər belə qənaətə gəliblər ki, Yerdəki suyun əsas hissəsi naməlum və həddindən artıq su ilə zəngin olan göy cismi tərəfindən planetimizə gətirilib.

Bundan əlavə, alimlər müəyyən ediblər ki, su ilə zəngin kosmik obyekt Günəş sisteminə kənardan gəlib. Bu hadisəninin 4,45 milyard il əvvəl baş verdiyi bildirilib.oxu.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ