SON DƏQİQƏ

Qırmızı məxmər tortu necə hazırlanır?

Tarix:

10-02-2022, 20:16

/ 3 077 dəfə oxundu.
Qırmızı məxmər tortu necə hazırlanır?


Un – 340 qr.
Şəkər tozu – 300 qr.
Kakao – 1 x.q.
Duz – 1 çimdik
Qabardıcı toz – 2 ç.q.
Soda – 1 ç.q.
Yumurta – 3 ədəd
Bitki yağı – 300 qr.
Xama –120 qr.
Qaymaq (yağlı) – 100 qr.
Qırmızı rəng – 2 ç.q.

Qabda ələnmiş un, şəkər tozu, kakao, duz və qabardıcı toz qarışdırılır. Üzərinə 3 yumurta, bitki yağı (qoxusuz), qaymaq, xama və sonda qida rəngini (al qırmızı rəng tapmalısız) əlavə edib, mikseri işə salıb, yaxşıca həll edirsiz. Xəmir çox duru olacaq, qorxmayın. Onu bir kənarda 20 dəqiqə saxlayırsız, soda digər ərzaqlarla reaksiya girib, xəmiri lazım olan qatılığa çatdıracaq.
Bu tort üçün hündür dərin soba qabı seçin. Qabın içi yağlanır. Perqament sərilir və xəmirin yarısını tökülür. İstəsəz 2 lay, istəsəz 3 lay bişirə bilərsiz.
170 dərəcədə 15-20 dəqiqə bişirin, xəmirin kənarı bir az quruyan kimi çıxarın. 2 dəqiqə sonra tortu formadan çıxarıb, soyumağa qoyun. Formanı yuyub, qurudun, yenidən yağlayıb, ikinci layı bişirin. Laylar soyuyan kimi plyonkaya büküb, 2 saatlıq soyuducuya qoyun. Soyuducudan çıxarıb, üzərini və kənarlarını azca kəsin, çünki onlar qurumuş olur. Dairənin mərkəzi çıxarılır. Bunu hazır metal qəliblərlə də edə bilərsiz. Və istənilən kremi ortasına yayaraq, tortumuz yığılır. Ürəyinizdən keçən istənilən krem, meyvəli krem, şanti və s.istifadə edə bilərsiz.Tortun kənarlarına krem çəkməyin, onun özəlliyi elə bundadır.
скачать dle 12.1

Şərhlər