Soğanla sarımsağı, təzə soğan və cəfəri yarpaqlarını xırda doğrayın. Pomidorları sürtgəcdən keçirin. Bulqurun kəpəyi olmasın deyə açıq havada azacıq sovurun. Bir ləyəndə yanınıza buzlu su qoyun. Geniş ləyənçəyə qiyməni, doğranmış soğanı, sarımsağın yarısını, sürtgəcdən keçirilmiş pomidoru, ədviyyatı, isotu və buz parçalarını qoyun. Duz səpin
Hamısını yaxşıca yoğurun. Bulquru əlavə edib yenə yoğurun. Bulqur suyu çəkdikcə əlinizi buzlu suda isladıb yoğurmağa davam edin. Sonra tomat (və bibər) pastasını əlavə edin. Dadına baxın, lazım gələrsə, duz əlavə edin. Buz tamam əriyincə və bulqur çeynənəcək yumşaqlığa gəlincə yoğurun.
Sonda doğranmış göy soğan, cəfəri və sarımsağın qalanını əlavə edin, yoğurun.
Boşqaba kağı yarpaqları düzün. Çiy köftədən əlinizlə götürüb azca sıxın, yarpaqların üstünə qoyun. Yanına nanə, cəfəri, doğranmış xiyar, pomidor, limon qoyun.