SON DƏQİQƏ
» » ŞOK OLAY- Keçi əvəzinə yanlışlıqla dostunun başını kəsdi

ŞOK OLAY- Keçi əvəzinə yanlışlıqla dostunun başını kəsdi

Tarix:

21-01-2022, 08:12

/ 1 351 dəfə oxundu.
ŞOK OLAY- Keçi əvəzinə yanlışlıqla dostunun başını kəsdi

Hindistanın Valasapalli kəndində (Andhra Pradeş ştatı) Makara Sankranti festivalı zamanı sərxoş kişi dostunu keçi ilə səhv salaraq başını kəsib

 

Ənənəvi qurban kəsimi günəş tanrısı Suryaya həsr olunmuş hindu festivalı zamanı baş tutub. Ayini icra edəcək Çalapati adlı şəxs mərasimin gedişində xeyli spirtli içki qəbul edib və qurban kəsimi zamanı keçi ilə onu tutan dostu Süreşi səhv salıb. Çalapati əlindəki bıçaqla keçinin deyil, dostunun boğazını kəsib.

35 yaşlı Süreş xəstəxanaya çatdırılsa da, həkimlər kişini xilas edə bilməyiblər. O, qan itkisindən dünyasını dəyişib.oxu.az

скачать dle 12.1

Şərhlər