SON DƏQİQƏ

Şaurmanı ilk dəfə Kim Çenn icad edib?

Tarix:

5-01-2022, 10:34

/ 2 280 dəfə oxundu.
Şaurmanı ilk dəfə Kim Çenn icad edib?

Şimali Koreya mətbuatı şaurmanın ilk dəfə olaraq ölkənin keçmiş lideri Kim Çen İr tərəfindən icad edildiyini bildirib.

Bu barədə yerli "Rodong Sinmun” qəzetində məqalə dərc olunub.

Bildirilir ki, ilk şaurma 2011-ci ildə ölkə başçısının tapşırığı ilə hazırlanıb. O da vurğulanır ki, KXDR-in hazırkı lideri Kim Çen In da şaurmanın hazırlanması prosesinə böyük maraq göstərir.

O da bildirilir ki, bu məqalədən sonra Pxenyanda küçə yeməklərinə böyük maraq artıb. Televiziyalarda  şimali koreyalıların  "buğda kökələri” adlandırdıqları  şaurmanı böyük ləzzətlə yemələri barədə süjetlər göstərilir.oxu.az

скачать dle 12.1

Şərhlər