SON DƏQİQƏ
» » Artıq sifariş etdiyimiz yeməyin dadına ekrandan baxa biləcəyik

Artıq sifariş etdiyimiz yeməyin dadına ekrandan baxa biləcəyik

Tarix:

24-12-2021, 08:26

/ 1 349 dəfə oxundu.
Artıq sifariş etdiyimiz yeməyin dadına ekrandan baxa biləcəyik

Yaponiyalı professor müxtəlif yeməklərin dadını televizor ekranı vasitəsi ilə öyrənməyi mümkün edən texnika yaradıb.

Homei Miyaşita adlı professor Tokionun Meydzi Universitetində çalışır.

Alimin sözlərinə görə, qurğu insanlara evlərində əyləşərək dünyanın müxtəlif restoranlarının yeməklərinin dadını dadmağa imkan verəcək.

Mütəxəssisin fikrinə görə, insanlar ekranda müxtəlif yemək növlərini seçib, sonra onların dadına baxa bilərlər.

H. Miyaşita bildirib ki, bu ixtira pandemiya zamanı, restoranlara baş çəkmək və ölkələr arasında uçuş imkanlarının məhdud olduğu bir şəraitdə faydalı ola bilər.

"Məqsəd insanların hətta evdə olarkən də dünyanın o biri tərəfindəki restoranda yeməyin dadını hiss etməyə yardım edə bilər”, - deyə alim bildirib.oxu.az

скачать dle 12.1

Şərhlər