SON DƏQİQƏ

Köklü keks- Həm ləzzətli həm də faydalı

Tarix:

2-12-2021, 08:21

/ 1 349 dəfə oxundu.
Köklü keks- Həm ləzzətli həm də faydalı

Ərzaqlar;

•3 yumurta
•1 stəkan şəkər tozu
•1 stəkan duruyağ
•1 orta kök rəndəsi (rəndənin incə tərəfindən)
•1 orta alma rəndəsi (rəndənin iri tərəfindən)
•1 portağal qabığı rəndəsi
•1 çay qaşığı darçın
•1 paket qabartma tozu
•1 paket vanil
•1 stəkan qarğıdalı unu
•1 stəkan buğda unu

Hazırlanması;

•Öncəliklə otaq şəraitindəki yumurta və şəkəri mikserlə köpürənə kimi çalışın
•Duruyağ və vanili əlavə edib qarışdırın
•Alma, kök və portağal qabığı rəndəsini əlavə edin (Alma və kökün suyunu sıxmayın) 
•Darçın, qarğıdalı unu, qabartma tozu və normal buğda ununu da töküb qarışdırın
•Yağlanmış və unlanmış keks qabına xəmiri tökün
•Az isinmiş sobada 10-15 dəqiqəyə qədər 180° , daha sonra 170°-də bişirin 
•Meyvəli olduğu üçün xəmir olmadan içini çəkərək bişsin
•Kürdan ilə də yoxlayıb sobadan alın
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ