SON DƏQİQƏ

Son 6 əsrdə ilk dəfə...

Tarix:

19-11-2021, 08:25

/ 1 129 dəfə oxundu.
Son 6 əsrdə ilk dəfə...

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) bu gün gecədən səhər saatlarına qədər 581 ilin ən uzun Ay tutulmasının baş verəcəyini açıqlayıb.

Ay tutulması ABŞ-ın şərq sahili vaxtı cümə günü gecə saat 01:02-də başlayacaq və 99 faiz tutulma dərəcəsi ilə saat 04:02-də ən yüksək səviyyəyə çatacaq.

NASA-dan bildirilir ki, ABŞ-da Qunduz Ayı kimi tanınan Noyabr tam ayı cümə günü erkən 3 saat 28 dəqiqə yerin kölgəsində qalacaq.

NASA bu tutulmanı tam tutulma kimi təsvir edir, çünki Ay tam olaraq yerin kölgəsi altında qalmayacaq.

Bu tarixi səma hadisəsi bütün Şimali Amerikadan, eləcə də, Cənubi Amerikanın qərb yarısından, Asiyanın şimal-şərqindən və şərqi Avstraliyanın bəzi hissəsindən görünəcək.

Qeyd edilib ki, baş verəcək hadisə 2021-ci ilin sonuncu Ay tutulmasıdır.

Növbəti Ay tutulması 2022-ci il mayın 16-da baş verəcək.

скачать dle 12.1

Şərhlər