SON DƏQİQƏ

Telegram istifafəçilərinin nəzərinə

Tarix:

6-11-2021, 20:29

/ 4 163 dəfə oxundu.
Telegram istifafəçilərinin nəzərinə

Telegram" messencerinin istifadəçiləri noyabr ayından etibarən ödənişli abunədən istifadə edərək reklamları söndürmək imkanı əldə edə bilərlər.

Bu barədə şənbə günü messencerin təsisçisi Pavel Durov öz "Telegram" kanalında yazıb.

"Bir çox istifadəçi "Telegram" kanallarında rəsmi reklamları deaktiv etmək imkanını təklif edib. Biz artıq bu yeni funksiya üzərində işə başlamışıq və bu ay istifadəyə verməyi planlaşdırırıq. Bu, istifadəçilərə "Telegram"ın inkişafını birbaşa maliyyə cəhətdən dəstəkləməyə imkan verəcək ucuz abunə şəklində təqdim edilə bilər, - Durov bildirib.

 

Durov qeyd edib ki, "Telegram" kanallarında reklamların söndürülməsi üçün iqtisadi şərtlər də nəzərdən keçirilir.

Oktyabrın sonunda "Telegram"ın yaradıcısı rəsmi reklam mesajı xidmətinin yaxınlaşdığını elan edib. Bildirib ki, yenilik yalnız çoxlu abunəçisi olan böyük kanallara təsir edəcək və əldə edilən gəlirlər messencerə istifadəçilərə pulsuz və limitsiz xidmət göstərməyi davam etməyə imkan verəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ