SON DƏQİQƏ

Misir fastfoodu- Mütləq yoxlayın

Tarix:

6-11-2021, 08:38

/ 1 255 dəfə oxundu.
Misir fastfoodu- Mütləq yoxlayın

Yəqin ki, çoxunuz Şərqdə, eləcə də Avropada dəbdə olan küftəyə oxşar falafel barədə eşitmisiz. O Misir, Livan kimi ölkələrin küçədə satılan ayaqüstü yeməyidir. Kalorisi və dadına görə ətə bərabərdir. Amma ətdən deyil, noxud əzməsindəndir. FALAFEL eşidib yeməyənlər üçün resepti təqdim edirik.


Noxud – 500 qr.
Keşniş toxumu – 5 qr.
Cəfəri – 30 qr.
Nanə – 20 qr.
Zirə – 1 ç.q.
Baş soğan – 2 ədəd
Sarımsaq – 2 diş
Bitki yağı – 300 ml.
Un – 2 x.q.
Qabartma tozu – 1 ç.q.
Duz – 2 ç.q.

 Falafel üçün iri noxud seçin. Noxud 1 sutka əvvəldən islağa qoyulur. Suyu süzülür, bir az yumşalana kimi bişirilir.
Soğan, sarımsaq doğranılır. Blenderdə noxud, soğan, sarımsaq, göyərtilər impulsiv rejimdə keçirilir. Əgər kütlə çox quru alınsa, bir az su qata bilərsiz. Bura üyüdülmüş zirə, 2 qaşıq un, qabartma tozu, duz qatıb, qarışdıraraq xəmir kimi yoğurun. Kütləni soyuducuda 1 saat saxlayın.
Tavada bolluca yağ dağ edilir. Kütlədən dairəvi, yastı küftə formasında kündələr hazırlayırsız, yağda tam qızarana kimi bişirirsiniz.
Falafel yanında sous, ketçup və tərəvəz salatı ilə verilə bilər. Lavaş arasına yığıla bilər. Çox dadlıdır, sanki ət yeyirsiz
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ