SON DƏQİQƏ

Dünyanı heyrətə salan şəhər

Tarix:

9-10-2021, 08:13

/ 2 838 dəfə oxundu.
Dünyanı heyrətə salan şəhər

Tibetin Sertar şəhəri dünyanın ən maraqlı yerlərindən biri kimi diqqəti cəlb edir.

Çinin şərqində yerləşən bu şəhər qadağaları ilə məşhurdur.

Çin hər zaman mədəni irsi və özünəməxsus ənənələrini qoruduğu üçün turistlərin ən çox üz tutduğu ölkələrdən biri olub. Çinin Siçuan bölgəsində yerləşən Sertar şəhəri qadağalarla zəngin olsa da, turist ziyarətlərinin ardı-arası kəsilmir. Bu tarixi şəhər muxtar idarəetmə sisteminə malikdir.

 

Sertar kiçik bir təpənin yamacında yerləşən yaşayış sahəsidir. Şəhərdə təxminən 60 min nəfər yaşayır. Əhalinin əksəriyyəti din xadimlərindən ibarətdir. Formalı evlərindən əlavə, Sertarda buddizm monastırı var. Odur ki, turistlərin böyük əksəriyyətini buddizm mənsubları təşkil edir.

Sertar şəhərində buddizm təhsili alan tələbələr də qadağalara əməl etmək məcburiyyətindədir. Bu qadağalar həm şəhərin, həm də dini təhsilin bir hissəsi hesab olunur. Burada təhsil alan tələbələr texnoloji vasitələrdən istifadə etmirlər. Qadağalar təkcə texnoloji qurğularla məhdudlaşmır. Sertarda 40 min şagirdə müasir tualetdən istifadə qadağandır. Şəhərdəki tələbələr vaxtlarını ibadətlə keçirirlər. Onların başqa fəaliyyətlərdə iştirakına icazə verilmir

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ