
Kisel tərkibli piroq, xəbərsiz gələn qonağın qarşısında sizi xilas edəcək. Elə qısa müddətə və cəmi 3 ərzaqla hazır olacaq ki, heç kim gözlərinə inanmayacaq.
Hazır piroqun rəngi kiseldən asılı olacaq: çiyələkli, albalılı və ya moruqlu kisel götürməyi məsləhət görürük.
Kisel 250qr
Yumurta 3 ədəd
Un 3 xörək qaşığı
Qabartma tozu 10 qr.
Unu, qabartma tozunu və kiseli qarışdırın
Ayrı qabda yumurtaları mikserlə çalın. Qarışdıraraq, quru qarışığa yumurta kütləsini tökün. Eyni kütlə alınana qədər diqqətlə qarışdırın.
Yağlanmış və un səpilmiş formaya tökün. 200 dərəcədə 20 dəqiqə bişirin, sonra formadan çıxarın, təmiz dəsmalla örtün və 10 dəqiqədə soyudun.
Piroqu sadə şəkildə çayla serviz edə bilərsiniz və ya biskviti 2 hissəyə ayırıb kremlə, cemlə də hazırlaya bilərsiniz. Tort üçün əla biskvitdir.