
Mövsümün mövcud tendensiyaları arasında 1990-cı illərin məşhur saç aksessuarları özünəməxsus yer tutur. Ona görə ki, rahatlığı ilə seçilirlər. Bu cür saç toqqalarının köməyilə payız obrazını zənginləşdirmək asan olacaq.
Bunun üçün influser və qabaqcıl tiktokerlərin saç stillərini toplamışıq. Saçlarınızın uzunluğundan və qalınlığından asılı olmayaraq bu saç düzümlərini evdə təkrarlamaq çox asandır! Odur ki, baxın və ilham alın.