SON DƏQİQƏ

Whatsapp-dan gözlənilən YENİLİK

Tarix:

8-06-2021, 09:06

/ 3 711 dəfə oxundu.
Whatsapp-dan gözlənilən YENİLİK

Android qurğularının sahibləri Vatsap hesablarına "fleş-zəng" vasitəsilə daxil ola biləcəklər.

Bu barədə "Webetainfo" məlumat yayıb.

Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur - smartfona birdəfəlik şifrə gəlir.

Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq - tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək.

Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.

скачать dle 12.1

Şərhlər