SON DƏQİQƏ

Balıqlı plovun hazırlanma qaydası

Tarix:

3-06-2021, 14:05

/ 3 626 dəfə oxundu.
Balıqlı plovun hazırlanma qaydası

Mətbəximizdə yeməklərin şahı olan plovu demək olar ki, sevməyən yoxdur. Mətbəximizdən olan cürəbəcür plovlar həmişə stolumuzun bəzəyi olur. Bu dəfə sizlərlə fərqli bir plov resepti paylaşacam.

Tərkibi:

Qızıl balıq – 500 qram

Düyü – 300 qram

Nar – 2 ədəd

Bitki yağı – 100 qram

Kərə yağı – 100 qram

Sarıkök, duz, istiot zövqə görə.

Hazırlanma qaydası:

Balıq yuyulur, tikələrə bölünüb üzərinə duz, istiot səpilərək bitki yağında qızardılır. Üzərinə nar dənələri əlavə edilib 2 dəqiqə sonra ocaqdın üzərindən götürülür. Düyü ənənəvi qaydada duzlu suda bişirilib süzülür. Qazanın dibinə düyüdən bir hissə tökülür, sarıkök səpilir, üzərindən nar-balıq qarışımı yığılır, düyünün qalan hissəsi ilə örtülüb 40-dəqiqə dəmə qoyulur

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ