
NASA Veneranın öyrənilməsi məqsədilə iki missiya göndərmək niyyətindədir. GunAz.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib. "NASA Yerin qonşusu olan Veneranın öyrənilməsi üçün iki yeni missiya seçib. Missiyanın hədəfi Yerlə oxşar cəhətləri olan bir planetin cəhənnəmə necə çevrildiyini öyrənməkdir”, - məlumatda qeyd olunub. Missiyaların 2028-2030-cu illərdə göndəriləcəyi nəzərdə tutulur.