SON DƏQİQƏ
» » ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq

ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq

Tarix:

13-02-2018, 07:28

/ 1 377 dəfə oxundu.
ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq

ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" antiterror əməliyyatının adı veriləcək.

Gunaz.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, belə bir təşəbbüslə Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna çıxış edib.

Mustafa Tuna "Twitter" sosial şəbəkəsində yazıb ki, o, Amerikanın diplomatik missiyasının yerləşdiyi küçənin belə adlandırılması təşəbbüsünü dəstəkləyir. Bununla yanaşı, bələdiyyə sədri ABŞ səfirliyinin yerləşdiyi küçənin fotosunu da sosial şəbəkədə paylaşıb.

"Nevzət Tandoğan küçəsinin adının "Zeytun budağı"na dəyişdirilməsi haqqında təklif təsdiqlənib. Təşəbbüs bu gün bələdiyyə yığıncağının müzakirəsinə çıxarılacaq. Biz şəhidlərimizlə fəxr edirik", - deyə Tuna yazıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ