SON DƏQİQƏ

5 saniyəyə enerji yığan batareya hazırlandı

Tarix:

24-12-2017, 20:48

/ 1 062 dəfə oxundu.
5 saniyəyə enerji yığan batareya hazırlandı

Çinin Cıcian universitetinin polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan aliminium–qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur.

Gunaz.az xəbər verir ki, hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə, 70 il istifadə oluna bilər.

Cıcian Universitetinin alimləri hazırladıqları bartareyanın mənfi 40 dərəcə və müsbət 120 dərəcə temperatura davamlı olduğunu iddia etsələr də, onun kütləvi şəkildə istehsalı və istifadəsi üçün texniki baxımdan hələ çox iş görmək lazım gəldiyini bildirirlər. (Azərtac)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ