
Ötən il dünyada ən çox kitab oxunan ölkə ABŞ olub.
GunAz.az xəbər verir ki, “World Population Review” və “CEO World Magazine”-in məlumatlarına görə, Birləşmiş Ştatlar 2024-cü ildə ən çox kitab oxunan ölkələr siyahısında birinci yeri tutub
ABŞ-da bir nəfər il ərzində orta hesabla 357 saat kitab oxuyur ki, bu da təxminən 17 kitaba bərabərdir. Siyahının sonuncu pilləsində qərarlaşan Əfqanıstanda isə bu göstərici cəmi 3 kitab təşkil edir.