SON DƏQİQƏ
» » Kişilərin nəsli tükənmə təhlükəsi ilə üz-üzə

Kişilərin nəsli tükənmə təhlükəsi ilə üz-üzə

Tarix:

20-01-2025, 08:54

/ 3 444 dəfə oxundu.
Kişilərin nəsli tükənmə təhlükəsi ilə üz-üzə

Son dövrlərdə aparılan araşdırmalar Y xromosomunun, yəni kişilərin cinsiyyətini müəyyən edən xromosomun bir gün tamamilə yox ola biləcəyi barədə nəzəriyyələr irəli sürüb.
“BBC Science Focus”a danışan Molekulyar Elm İnstitutu professoru Ceni Qrevs bu genetik itkini Y xromosomunun digər xromosomlarla rekombinasiya edə bilməməsi ilə əlaqələndirib. Rekombinasiya genlərin qarışaraq zərərli mutasiyaların aradan qaldırılmasını təmin edir.
Tədqiqatçılar təxminən hesab ediblər ki, kişilərin nəsli tükənməsi təqribən 6-7 milyon il çəkə bilər. Lakin təkamül prosesləri və genetik adaptasiyalar sayəsində kişilərin bu dəyişikliklərə uyğunlaşma potensialı yüksəkdir. Yəni bu müddət ərzində yeni bir cinsiyyət mexanizminin ortaya çıxma ehtimalı böyükdür.
Yaxın gələcəkdə olmasa da, milyon illər sonra dünyada bircə kişi belə qalmaya bilər.//yenisabah
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ