SON DƏQİQƏ

Videoyunlar karyeraya müsbət təsir göstərir

Tarix:

21-11-2024, 09:44

/ 3 638 dəfə oxundu.
Videoyunlar karyeraya müsbət təsir göstərir

Hyuston Universitetinin alimləri videooyunların karyera yüksəlişinə kömək etdiyini üzə çıxarıblar.
GunAz.az xəbər verir ki, onların məqaləsi "Human Resource Development International" jurnalında dərc olunub.
Tədqiqatçılar iyirmi il ərzində 23 işləyən oyunçunu izləyiblər. Məlum olub ki, oyun zamanı əldə etdikləri bacarıq və xarakter xüsusiyyətləri onlara iş yerində kömək edib.
Onlar bildiriblər ki, oyunlar problemləri həll etməyi, komandada işləməyi öyrədir, liderlik keyfiyyətlərini qazanmağa kömək edir, əzm və səbir nümayiş etdirir.
Bəzi respondentlər qeyd ediblər ki, video oyunlarda əldə etdikləri nailiyyətlər onlara özlərinə inam qazanmağa imkan verib.
“Onlayn oyunlar adətən pis reputasiyaya malikdir, lakin bizim araşdırmalarımız tamamilə fərqli bir şey göstərir. Biz gördük ki, oyunlar həqiqətən insanlara iş yerində dəyərli bacarıqları inkişaf etdirməyə kömək edə bilər” deyə, tədqiqatçılar qeyd ediblər.
скачать dle 12.1

Şərhlər