SON DƏQİQƏ

Barmaqda üzük nədən xəbər verir?

Tarix:

18-10-2024, 21:46

/ 3 163 dəfə oxundu.
Barmaqda üzük nədən xəbər verir?

Qədim zamanlarda üzük taxmaq müxtəlif mistik ritualların tərkib hissəsi idi. Belə rituallardan biri bu günümüzə qədər çatıb.
Psixoloqların fikrinə görə, üzüklərin taxılması  insanın xasiyyətindən xəbər verir.    
Baş barmaq
Baş barmağa üzük taxmaq güclü şəxsiyyəti, iradə və düşüncə azadlığını simvollaşdırır. Baş barmağa əsasən kişilər üzük taxır. Lakin qadın bu barmağı tez-tez üzüklə bəzəyirsə, bu onun "kişi kimi" olmağına işarə edir.
Şəhadət barmağı

Bu barmaq şöhrətpərəstliyi, liderliyi və hakimiyyəti simvolizə etsə də, insanların çoxu bacarıqlarını, özünə hörmətini və özünə inamını artırmaq üçün  şəhadət barmaqlarına üzük taxırlar. Kral, imperator, kardinallar üzüyü məhz işarət barmağına taxırdı. Bunu tarixi şəxsiyyətlər təsvir edilmiş çoxsaylı tablolarda görmək mümkündür.
Orta barmaq
Bu barmaq orjinallığı simvollaşdırır, özünə hörməti, şəxsi təhlili, gözəlliyi, məsuliyyəti və həyat məqsədini göstərir. Bu insanlar qismətə, bəxtə çox inanır. Onların bir çoxu özündən razı olur, özünü digər insanlardan daha üstün hesab edirlər, özünü tərifləməyə sevirlər.
Üzük barmağı
Bu barmaq sevgini, gözəlliyi, romantik münasibəti, qətiyyəti, sədaqəti, yaradıcılığı və macəranı təmsil edir. Onlar romantik və xəyalpərəst olur, şan-şöhrətə can atırlar.
Çeçələ barmaq
Kiçik barmaqdakı üzük ünsiyyət, intuisiya və zəka əlamətidir. Bu insanlar ağıllı və gözəl natiq olurlar. Onlar istənilən insanla dil tapa bilir, əlaqə yaratmağı bacarırlar.
Ayaq barmağında üzük
Psixoloqların fikrinə görə, bu insanlar seçilmək, özünə diqqət çəkmək xoşlayır, özündən razı olurlar.
скачать dle 12.1

Şərhlər