Şokolad istehsalının əsas tərkib hissəsi olan kakao paxlasının qiyməti kəskin qalxıb.
Bu barədə CNBC nəşrinin sorğusunda bildirilib.
Sorğuda iştirak edən analitiklər hesab edirlər ki, kakaonun qiyməti daha da arta bilər:
"Qlobal istehsalın təxminən 75%-ni təşkil edən Qərbi Afrikadan kakao tədarükü ilə bağlı narahatlıqlar son aylarda bazarı gücləndirib. Nyu York birjasında kakao paxlasının fyuçersləri çərşənbə günü 6,549 dollara (tonu) satılıb. Qiymət bu günə qədər 57%-dən çox artaraq, keçən ay ilk dəfə 6,000 dolları keçib".
Bildirilib ki, əsas problem əlverişsiz hava şəraiti ilə əlaqədar Qərbi Afrikadan tədarükün azalmasıdır. Belə ki, dünyanın kakao istehsalının 44%-i Kotdivuarın, 14%-i isə Qananın payına düşür.