SON DƏQİQƏ

Tesla avtomobillərini niyə geri çağırır?

Tarix:

13-12-2023, 17:59

/ 2 430 dəfə oxundu.
Tesla avtomobillərini niyə geri çağırır?

ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” 2,03 milyon avtomobilini geri çağıracaq.

Bu qərar avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində (Autopilot) idarəetmə probleminin aradan qaldırılması məqsədilə verilib.
Bu, avtopilotdan istifadə zamanı baş verən bir sıra qəzalarla bağlı ölkənin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi tərəfindən (NHTSA - National Highway Traffc Safety Administration) aparılan ikiillik araşdırmadan sonra həyata keçirilir.
NHTSA uzun müddətdir ki, “Tesla” avtomobillərində avtopilotdan istifadə zamanı sürücülərin kifayət qədər diqqətli olub-olmadığını yoxlayır.
“Tesla”nın avtopilot sistemi avtomobillərin öz zolaqları daxilində avtomatik olaraq yönləndirilməsinə, sürətlərinin artırılmasına və əyləcə basılmasına kömək edir
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ