SON DƏQİQƏ

Ayfon-16 belə olacaq - Yeni düymə

Tarix:

3-11-2023, 15:20

/ 2 305 dəfə oxundu.
Ayfon-16 belə olacaq - Yeni düymə

2024-cü ildə satışa çıxması gözlənilən Ayfon-16 yeni sensorlu düymə ilə təchiz olunacaq.

Bu barədə “MacRumors” nəşri məlumat yayıb.

Məlumata görə, yeni düymə cihazın uclarının birində yerləşdiriləcək və çox güman ki, proqramlaşdırıla biləcək.

Bununla belə, düymənin konkret məqsədi naməlum olaraq qalır, çünki o, artıq mövcud olan güc və səs düymələrinə əlavə olaraq yerləşdiriləcək.

Nəşrin digər mənbələrə istinadla verdiyi məlumata görə, yeni düymə gücə nəzarət düyməsinin yanında yerləşəcək və Əplın daxili sənədlərində “ələkeçirmə düyməsi” kimi xatırlanır.

Bundan başqa, millimetrlik 5G anteni də Ayfon-16-ya yerləşdiriləcək.

Ayfon-16 Pro, Ayfon-16 Pro Maks 48 meqapiksellik geniş bucaqlı obyektivlə təchiz olunacaq ki, bu da Ayfon kameraları üçün təkamüldə yeni mərhələ olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ