SON DƏQİQƏ
» » MARAQLI OLAY: Traktor sürücüsünə sürət həddinə görə cərimə göndərildi

MARAQLI OLAY: Traktor sürücüsünə sürət həddinə görə cərimə göndərildi

Tarix:

31-07-2023, 08:27

/ 2 236 dəfə oxundu.
MARAQLI OLAY: Traktor sürücüsünə sürət həddinə görə cərimə göndərildi

Şəki rayonu, Baş Zəyzid kəndinin traktor sürücüsü olan sakini Etibar İbrahimovun ünvanına sürət həddini aşma səbəbindən cərimə protokolu gəlib. Amma protokolda traktor deyil, başqa avtomobil qeyd edilib.

Avtomobil cərimələnib, protokolda mikroavtobusun şəkli verilib, maşının sahibi kimi isə Şəkinin Baş Zəyzid kəndindən olan Etibar İbrahimov göstərilib.

56 yaşlı Etibar İbrahimov evə gədikdə ona DYP-dən cərimə protokolu gəldiyini deyiblər. Əvvəlcə tarladan işdən gələn zaman hansısa xəta etdiyini düşünsə də protokolu oxuyarkən cərimənin minik avtomobilinə tərtib olunduğunu görüb. Bəlkə də oxşar nömrə olduğunu düşünərək şəklə baxıb və şəkildə 10 XC 835 nomrəli Lənkəranın bir kəndinə işləyən mikroavtobus olduğunu görüb.

Hazırda əkin-biçin mövsümü olduğu üçün işlərinin qızğın vaxtı olduğunu bildirən sürücü nə addım atacağını bilmir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ