SON DƏQİQƏ

Bu bürclər iyulun sonunda pul itirəcək

Tarix:

27-07-2023, 08:23

/ 3 110 dəfə oxundu.
Bu bürclər iyulun sonunda pul itirəcək

Astroloqlar iyulun son günlərini maddi sıxıntılar yaşayacaq 3 bürcü açıqlayıblar.

Bu bürclər müəyyən miqdarda maliyyə itkisi ilə üzləşəcəklər. Buna görə də çalışıb ayın son günlərini qənaət edərək keçirməlidirlər.

Həmin bürcləri təqdim edirik:

Buğa

Buğalar bu ay sonu planlaşdırılmamış böyük alış-verişlər edə bilər. Bu zaman şoppinqdən bir neçə gün sonra onlar elə düşünəcək ki, bu şey o qədər pula dəyməzdi. Amma bu zaman çox gec olacaq. Bu bürcün nümayəndələri bir müddət pul itirə bilərlər.

Kainat onları yanlış maliyyə bölgüsünə və tələsik hərəkətlərə görə cəzalandıracaq. Ona görə də iyulun sonunda onlar qalan vəsait hesabına dolanmalı olacaqlar. Yeni maliyyə daxilolmaları gözləməməlisiniz.

Xərçəng

Dostlar və ya qohumlar sizdən borc ala bilər və siz də ürək açıqlığınıza görə təbii ki, bununla razılaşacaqsınız. Bununla belə, astroloqlar xəbərdarlıq edir ki, pulu qaytara bilməyəcək insanlara borc verməyin. Əks təqdirdə, əmanətlərinizi geri almama riskiniz var.

Bundan əlavə, pul kisəsinin ağzını möhkəm bağlamalı olacaqsınız. Çalışıb səyahətlərinizi də təxirə salın. Maliyə tərəfdən sıxıntı yaşamaq istəmirsinizsə, o zaman etibarsız insanlara borc verməyin.

Əqrəb

Əqrəblər risk edib pullarını hansısa layihəyə yatıra bilərlər. Ancaq bunu etməzdən əvvəl bu layihənin həqiqətən perspektivli olduğuna əmin olmalıdırlar.

Astroloqlar deyirlər ki, bu məsələdə səhlənkarlıq etsəniz, maddi cəhətdən ciddi əziyyət çəkə bilərsiniz. Böyük miqdarda pul itirə bilərsiniz və onu geri qaytarmaq demək olar ki, mümkün olmayacaq. Qərar verməzdən əvvəl hüquqşünaslarla məsləhətləşin
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ