SON DƏQİQƏ

"İnstagram" "TikTok"a rəqib oldu

Tarix:

22-06-2023, 13:50

/ 1 628 dəfə oxundu.
"İnstagram" "TikTok"a rəqib oldu

İnstaqramda videolarla bağlı yenilik istifadəyə verilib.

İstifadəçilər videoları yükləyə biləcək. İnstaqramın baş direktoru Adam Mosserinin sözlərinə görə, videoların yüklənməsi funksiyasının aktivləşdirilməsinə istifadəçilər tərəfindən böyük tələb olub. Onun sözlərinə görə, yalnız ictimai hesablardakı videolar yüklənə bilər. Hesab sahibləri "Reels”ləri yükləmək funksiyasını söndürmək imkanına malikdirlər. Bu funksiya hazırda yalnız ABŞ-da mobil cihazlarda və yalnız qeyri-şəxsi hesablarda aktivdir.

Qeyd edək ki, video yükləmə funksiyası tiktokda böyük maraqla qarşılandıqdan sonra instaqramın da belə yenilik etdiyi bildirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ