SON DƏQİQƏ

Yaz dəbində inanılmaz rənglər

Tarix:

23-02-2023, 12:08

/ 2 977 dəfə oxundu.
Yaz dəbində inanılmaz rənglər

Boş geyimlərdən bezənlərə xoş xəbər var, hiperhəcmli geyimlər tədricən tamamilə fərqli, uzun və dar siluetlərlə əvəz olunur. Odur ki, yaz-yay aylarında qızların əynində güllü sarafanlardan daha çox, dar libaslar görəcəyik.

90-cı illərin trendi yenidən dəbə minib.

Tədricən dizaynerlərin kolleksiyalarında həcmli siluetlər öz yerini 90-cı illərin dar geyimlərinə verib. Onları demək olar ki, bütün cari yaz-yay kolleksiyalarında tapmaq olar. Sütun adlanan bu tendensiyaya diqqət yetirməyə dəyər. Lakin bir neçə qaydaya əməl etmək tövsiyə olunur.

Birincisi, darlıq bədənə uyğun olmalıdır, beldə, ombada bir az əlavə həcmə malik ola və ya bir qədər aşağıya doğru genişlənə bilər.

İkincisi, uzunluğu ayaq biləyindən qısa olmalı deyil.

 

Üçüncüsü, mümkün qədər qapalı olmalıdır: kəsiklər və ya boyun dekoltesi olmamalıdır.

Qalanı fantaziya və yaradıcılıq azadlığıdır.

Dizaynerlər bu modelin həm uzun qollu, həm də qolsuz variantlarını təqdim ediblər. Rəng çeşidi isə müxtəlifdir, sütun libaslar hər hansı bir çalar ola bilər - burada dizaynerlər sonsuz rəng palitrası təqdim edirlər. Bu siluetin bir çox üstünlükləri var, amma əsas üstünlüyü budur ki, düzgün ayaqqabı ilə uyğunlaşdırsanız, bədən quruluşunu vizual olaraq "uzadıb" daha zərif göstərəcək. Və belə bir xoş "təsirdən" kim imtina edər ki?

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ