SON DƏQİQƏ

Dünyanın ən yaxşı 5 smartfonu açıqlandı

Tarix:6-01-2023, 08:00 Oxunub:2 118

2022-ci ilin 5 ən yaxşı smartfonunun adı açıqlanıb.

"The Verge” jurnalı yola saldığımız ilin ən yaxşı smartfonlarının siyahısını yayıb.

Birinci yerdə "Ayfon 14 Pro” və "Pro Maks” telefonları qərarlaşıb. Hər iki smartfonda olan funksiya standart "Ayfon 14”-də yoxdur. "Ayfon 14 Pro”nun ekranı 6.1 düym, "Pro Maks”da isə 6.7 düymdür.

Bundan başqa "Ayfon 14 Pro” 48 meqapiksellik kamera ilə təchiz olunub ki, bu da əla fotolar çəkməyə imkan verir.

Bu smartfonlar çox davamlıdır və olduqca çətin sınaqlara tab gətirə bilir.

İkinci yerdə isə "Quql Piksel 7 Pro” smartfonu qərarlaşıb.

Nəşr "Quql Piksel 7 Pro”nu bu gün mövcud olan ən yaxşı "Android” telefonu hesab edir. Telefon biri 50 meqapiksel olan üç kameraya, günəş işığında belə aydın təsviri təmin edə bilən 6,7 düymlük ekrana malikdir.
Jurnalın qiymətləndirməsinə görə, üçüncü yerə "Ayfon 13” telefonu layiq görülüb. Bildirilib ki, "Ayfon 13” "Ayfon 14”ün bütün funksiyalarını yerinə yetirə bilir. Bundan başqa, "Ayfon 13” "Ayfon 14”ə nisbətən daha çox satılır.
Siyahıda 4 və 5-ci yerləri "Samsunq Qalaksi S22 Ultra” və "Ayfon 13 mini” telefonları tutub

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<