SON DƏQİQƏ
» » Maraqlı kəşf- Məsafədən idarə olunan tarakan yaradıldı

Maraqlı kəşf- Məsafədən idarə olunan tarakan yaradıldı

Tarix:

6-09-2022, 08:23

/ 2 044 dəfə oxundu.
Maraqlı kəşf- Məsafədən idarə olunan tarakan yaradıldı

Yapon alimləri tarakana elektrodlar quraşdırıb və onu uzaqdan idarə etməyi öyrəniblər.

 

Tədqiqatın nəticələri "NPJ Flexible Electronics” jurnalında təsvir edilib.

Qabaqcıl Elmlər Mərkəzinin mütəxəssisləri Madaqaskar tarakanından kiborq hazırlamaq qərarına gəliblər. Onlar həşəratı idarəetmə modulu və litium polimer akkumulyatorla təchiz ediblər.

Təcrübələr zamanı batareya günəş işığı simulyatoru ilə doldurulub. Elektrik impulslarına məruz qaldıqda, həşərat bu və ya digər istiqamətə çevrilib.

Tədqiqatçılar bu nailiyyətdən çətin nüfuz edilən obyektləri öyrənmək üçün istifadə etməyi təklif edirlər. Bundan əlavə, yeni texnologiyadan uçan həşəratlar üçün də istifadə edilməsi planlaşdırılır.oxu.az

скачать dle 12.1

Şərhlər