SON DƏQİQƏ
» » Fransada dünyanın ən uzun sendviçi hazırlanıb

Fransada dünyanın ən uzun sendviçi hazırlanıb

Tarix:

5-09-2022, 08:22

/ 1 318 dəfə oxundu.
Fransada dünyanın ən uzun sendviçi hazırlanıb

Fransada keçirilən "Festival de la viande” ("Ət festivalı”) iştirakçıları sentyabrın 4-də "France Bleu” nəşri tərəfindən təqdim edilən ən uzun ətli sendviçin hazırlanması üzrə dünya rekordunun sahibi olublar.

 

Həftə sonu Evron şəhərində keçirilən 57-ci festivalda nümayiş edilən mal əti sendviçinin uzunluğu 241,20 metrdir.

Onun hazırlanmasına 400 uzun çörək (baget) lazım olub. Dünyanın ən uzun mal əti sendviçi daha sonra 1200 kiçik hissəyə kəsilərək festival tamaşaçılarına pulsuz paylanıb.

Sendviçi yeməyə isə 15 dəqiqədən də az vaxt lazım olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ