SON DƏQİQƏ

Məişət tullantılarından smartfon hazırlandı

Tarix:

3-09-2022, 08:11

/ 1 991 dəfə oxundu.
Məişət tullantılarından smartfon hazırlandı

"Nokia” markasının tarixində ən "yaşıl” cihaz adlandırılan X30 5G smartfonları təqdim olunub.

Cihazın alüminium çərçivəsi 100% təkrar emal olunmuş metaldan, arxa qapağı isə 65% təkrar emal olunmuş plastikdəndir.

 

X30 5G-nin daxil olduğu qutu isə 70% təkrar emal edilmiş kağızdan hazırlanıb.

Yeni "Nokia” 6,43 düymlük OLED ekrana, "Qualcomm Snapdragon 695” prosessoruna və 6/128 və ya 8/256 GB yaddaşa malik adi Android smartfonudur. X30 5G həmçinin 50MP əsas kamera, 13MP geniş bucaqlı obyektiv və 16MP ön kameraya malikdir.

Yeni model Avropada 2022-ci ilin sentyabr ayının sonuna kimi 529 avroya (təxminən 900 azn) satışa çıxarılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ